skip to Main Content
055 783 94 30 050 389 52 94
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Vərəm Xəstəliyi

Vərəm xəstəliyi

Vərəm xəstəliyi haqqında ümumi məlumat

Vərəm yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikobakteriyası (bəzən vərəm çöpü və ya onu aşkar edən alimin adı ilə Kox basillası adlandırılır) tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.

Vərəmin törədicisi

Vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır. Bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunmuşdur. Bu törədicinin eni 0,2-0,6, uzunluğu 1-6 mikrondur. Bu çöplərin hazırda 5 tipi məlumdur. İnsan, heyvan, quş, çöl siçanı, qarışıq tipləri var. Vərəm çöpləri spirtə, turşuya davamlıdır. Bir sutka ərzində ya­rıya bölünməklə çoxalır. Tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5-6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0°C-də illərlə həyat qabiliyyətini saxlayır.

Vərəm xəstəliyi
Xəstəliyin yayılması

Vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəif­ləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəs­tə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür.

Risk qrupları
  • Orqanizmin xroniki xəstəlikləri; şəkərli diabet, tireotoksikoz, hamilə və zahı qadınlar, xroniki qanaxmalar, anemiyalar, xroniki nefrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki mədə-bağırsaq pozğunluqları, bir çox qan xəstəlikləri və s.
  • Yaş amili; 3 yaşa qədər, qoca yaşlılar.
  • Zərərli adətlər; siqaret çəkmək, spirtli içki qəbu etmək, narkomaniya və s.
  • Uzun müddət qlükokortikoid, immunosupressorlarla müa­licə.
  • Baş-boyun xərçəngi.
  • Böyrək xəstəliklərinin son mərhələsi.
  • Bağırsaq anastomozları.
  • HİV infeksiyası
  • Vərəmli xəstə ilə bir evdə yaşayanlar. (Uşaqlar 2-il müd­dətində nəzarətdə qalmalıdırlar).
  • Vərəmli xəstə ilə təmasda olan tibb işçiləri və laborantlar.
  • Köhnə fıbroz dəyişikliyi olan xəstələr.
Aşkar olunma üsulları

Vərəmə şübhə yarandığı halda, müayinə olunmaq üçün ərazinizdə yerləşən tibb müəssisəsinə müraciət edin. Vərəmə şübhə yarandıqda, diaqnozun təsdiqlənməsi üçün sizi vərəm üzrə xüsusi tibb müəssisəsinə göndərəcəklər. Vərəm xəstəliyinin müalicəsi yalnız həkim-ftiziatr tərəfindən aparıla bilər. Ağciyər vərəminin başqa tibb mütəxəssisləri tərəfindən müalicəsi qanunsuzdur və bu ağır fəsadlarla nəticələnə bilər. Vərəm üzrə xüsusi müəssisədə həkim-ftiziatr bir neçə müayinədən sonra (bəlğəmin laborator analizi, Rentgen müayinəsi və bəzi hallarda digər müayinələr) sizə dəqiq diaqnoz qoyub, müalicə təyin edəcəkdir.

Vərəmi aşkarlandıqdan sonrakı proseslər nədir?
  • Əgər vərəmin hər hansı bir forması ilə xəstələnmisənsə, dərhal yaşadığınız ərazinin vərəm dispanserinə və ya vərəm kabinetinə müraciət edin. Bunun sizə aşağıdakı əhəmiyəti vardır.

  • Sizə dəqiq diaqnoz qoyulacaq. Vəziyyətinizdən asılı olaraq siz dərmanlarla təmin olunub müalicəyə cəlb olunacaqsınız.
  • Sizinlə təmasda olmuş insanlar müayinədən keçiriləcək, xəstələr aşkar olunarsa, müalicəyə, uşaqlar kimyəvi-profilaktik müalicəyə cəlb olunub dispanser qeydiyyatına götürüləcəklər.
  • Əgər işləyirsinizsə, xəstə olan müddətdə məvacibinizi tam alacaqsınız.
  • Bunula da, siz müalicənizə tez başlayacaqsınız. Sizinlə tə­masda olmuş insanların vərəmlə xəstələnməsinin qarşısını almış olacaqsınız.

Müalicədə istifadə edilən dərmanlar

➦ İZONİAZİD

İzoniazid 1912-ci ildə Praqada sintez edilmiş, ancaq 1952-ci ildən vərə­min müalicəsində istifadə olunur. 0,1 -0,2 -0,3q tablet, 10% ~5ml (2ml) ampulalarda buraxılır. İzoniazid hüceyrədaxili və hüceyrəxarici yerlə­şən vərəm çöplərinə bakterisid təsir göstərir.

İzoniazid mədə-bağırsaqdan yaxşı sorulur, bədəndə olan mayelərə keçir. 24 saat orqanizmə təsir göstərir. İzoniazid hər kiloqram çəkiyə 5-10 mq tə­yin olunur, mərkəzi və periferik sinir sisteminə təsir etdiyi üçün B qrup vitaminlərdən istifadə olunur. Əks göstərişi: Epilepsiya, polinevritlər, görmə sinirinin zədələnməsi, qıcolma, hamiləliyin birinci üç ayı və s.

➦ RİFAMPİSİN

1957-ci ildə şüalı göbələklərdən alınmışdır. 0,15 və 0,30q kapsul, ampuia şəklində buraxılır. Xəstələr 6-9 ay ərzində qəbul edə bilər.

Hüceyrə daxilində və xaricində olan vərəm çöplərinə bakterisid təsir göstərir. Hər kiloqram çəkiyə 1 Qırıq təyin olunur. Qaraciyərin kəskin xəstəliklərində, preparata qarşı allergik reaksiya olduqda istifadə edilmir. Hamiləliyin ilk üç ayı və sonuncu ayında istifadə et­mək məsləhət görülmür.

Siprofloksasinlə yaxşı kombinasiya olunur, ofloksasin, levof- loksasinlə kombinasiyası məsləhət deyil.

Aminoqlikozidlərdən streptomitsin, kanamitsin, amikasindən isti­fadə olunur. Bu dərmanlar ototoksik, nefrotoksik xüsusiyyətə malik­dir. Müalicənin əvvəlində bir neçə ay streptomitsin istifadə etməmiş birbaşa kanamitsin və amikasinə keçmək düzgün deyildir. Bunların istifadəsi zamanı xəstənin eşitmə orqanında patalogiya olsa, otolarin- qoloqla böyrəklərində narahatçılıq olarsa, nefroloqla məsləhətləşmək lazımdır.

➦ ETAMBUTOL

200, 400, 600, 800mq tabletlərdə, 500mq~3ml ampulalarda bu­raxılır. 1952-ci ildən istifadə olunur. Hüceyrədaxili və hüceyrəxarici vərəm çöplərinə bakteriyastatik təsir göstərir, Mədə-bağırsaqdan yaxşı sorulur, eritrositlərdə depolaşır və dövr edir. Əks göstərişi: Görmə sinirinin nevriti, katarakta, diabetik retiııopatiya, göz xəstə­likləri hamiləlik, iki yaşa qədər uşaqlara və s.

Turş mühitdə ən yaxşı hüceyrədaxili və xarici bakteriostatik tə­sir göstərən preparatdır. 1952-ci ildən istifadə olunur. 400, 500, ‘750mq dozalarda buraxılır. Hər kiloqram çəkiyə 25-30 mq təyin olu­nur. 6 aydan çox istifadə oluna bilər. Əks gösərişi: Qaraciyərin ağır xəstəlikləri və podaqradır.

➦ ETİONAMİD VƏ PROTİONAMİ

Etionamid və Protionami obliqat bakteriostatik preparatdır. 1962-ci ildən istifadə olunur. 10-20mq/kq təyin olunur. Əks göstərişi: Hamiləlik, kəskin qastrit, mədə və onikibarmaq bağırsaq xorası, xorah kolit, qaraciyər sirrozu və onun ağır xəstəlik­ləri, 14 yaşa qədər uşaqlar və s.

➦ NATRİİ PARAAMİNOSALİSİL TURŞUSU. (PAST)

PAST 1946-cı ildən istifadə olunur. Obliqat tuberkulostatikdir. PAST 0,5q paraşok, qranula, tablet halında, 3%-li venadaxili məhlul halında buraxılır. 2q hər 10 kq çəkiyə təyin edilir. Əks göstərişi: Böyrək və qaraciyərin ağır xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xorası, miksedema, ürək çatışmamazlığınuı dekompensasiyasında və s.

➦ SİPROFLOKSASİN VƏ OFLOKSASİN LOMEFLOKSASİN

Siprofloksasin və ofloksasin 1982-ci ildən istifadə olunur. Vərəmin müalicəsində kö­məkçi dərman kimi istifadə olunur.

Tablet və məhlul halında buraxılır. Vərəmin müalicəsində 4-5-ci preparat kimi istifadə olunur. 12 yaşa qədər uşaqlara təyini məsləhət görülmür.

Vərəm xəstələrinin qidalanması yaxşı olmalıdır ki, orqanizmin zəifləmiş funksiyası bərpa olsun. Xəstənin hər kiloqram çəkisinə 2q zülal, 1,5q yağ, 7q karbohidrat, mineral duzlar, müxtəlif vitaminlər lazımdır. Xəstənin başqa xəstəliyi yoxdursa, xüsusi dieta gözləmək lazım deyil.

Tez-tez verilən suallar

Müasir təbabət bu xəstəliyi müalicə etməyə imkan verir. Bunun üçün xəstəliyin erkən aşkar olunması, həkim-ftiziatr tərəfindən müalicənin təyin olunması, bütün təyinatlara ciddi riayət edilməsi və tam müalicə kursunun aparılması vacibdir. Bunlara riayət edilməzsə, vərəmin gedişi şiddətlənir və müalicənin müvəffəqiyyətli olması ehtimalı azalır.

Bəzi hallarda vərəm sürətlə inkişaf edir və xəstə bir neçə aydan sonra vəfat edə bilər. Digər hallarda xəstəlik xroniki formaya keçir, xəstə insanlar iş qabiliyyətini itirir. Müalicəsiz qalan insanlar həm özləri üçün təhlükə yaradır, həm də ailə üzvləri və ətrafda olan insanlar üçün təhlükə mənbəyinə çevrilirlər. Belə xəstələr bir il ərzində onlarla sağlam insanı yoluxdura bilərlər. Uşaqlar üçün bu xəstəlik olduqca təhlükəlidir, çünki onlarda vərəmin ən ağır formaları inkişaf edə bilər.

  • Həkimin təyinatlarına ciddi və dəqiq riayət etmək, dərmanları fasiləsiz qəbul etmək lazımdır,
  • Gündə ən azı üç dəfə qidalanmaq, keyfiyyətli qida qəbul etmək, meyvə və tərəvəzlərdən istifadə etmək,
  • Alkoqollu içkilər, tütün məhsulları və narkotik vasitələrdən istifadə etməmək,
  • Gün ərzində ən azı 8 saat yatmaq, ağır fiziki işlə məşğul olmamaq.

Tam müalicə kursunu bitirmiş və həkimin təyinatına düzgün əməl etmiş xəstələr normal həyata qayıdır. Lakin keçirdiyi vərəm xəstəliyindən sonra orqanizmin tam bərpası üçün vaxt tələb olunur. Müalicə bitəndən sonra 1- 2 il ərzində xəstənin ftiziatrtərəfindən vaxtaşırı yoxlanılması vacibdir.

Vərəmin erkən və düzgün müalicəsi yaxınlarınızın xəstəlikdən qorunması üçün çox vacibdir. Buna görə də xəstə insan öz vəziyyətini ailə üzvlərindən gizlətməməli və xəstəliyin ilkin mərhələsində ftiziatra müraciət etməlidir. Ehtiyac olduğu halda, ailə üzvləri, xüsusən də azyaşlı uşaqları müayinə üçün tibb müəssisəsinə gətirmək vacibdir.

Vərəmli xəstə həm də əsas gigiyenik qaydalara riayət etməlidir. Öskürmə zamanı xəstə ağzını və burnunu dəsmal ilə örtməlidir. Bəlğəmli dəsmallar və əl kağızlarını müntəzəm olaraq ləğv etmək lazımdır.

Vərəm çöpləri günəş şüaları altında tez məhv olur. Buna görə də, vərəmli xəstənin otağının havasını tez-tez dəyişmək, otaqda müntəzəm olaraq təmizlik işləri aparmaq lazımdır. Xəstənin paltarlarını tez-tez havaya vermək, günəş altında qurutmaq və ütüləmək lazımdır.

Dərmanların qəbulu zamanı bəzi hallarda xəstələrdə əlavə təsirlər müşahidə olunur. Müalicə zamanı müşahidə olunan hər bir hal haqqında müalicə həkiminə məlumat vermək lazımdır.

  • ürəkbulanma, qusma
  • iştahasızlıq, başgicəllənmə
  • oynaqlarda ağrılar, əl və ayaqlarda uyuşma hissi
  • sidik, göz yaşı və ağız suyunun qırmızı rəngə boyanması
  • dəridə səpgilər, qaşınma
  • eşitmənin və görmənin zəifləməsi və s.

Əlavə təsirlər yüngül xarakter daşıdığı (ürəkbulanma, iştahsızlıq, oynaqlarda ağrı, sidiyin, göz yaşının, ağız suyunun rənginin dəyişməsi, başgicəllənmə) zaman həkim tərəfindən dərmanların qəbul rejimi dəyişdirilir və xəstənin vəziyyətini yaxşılaşdıran preparatlar təyin olunur. Əlavə təsirlər müşahidə olunduqda özbaşına dərman qəbulunun dayandırılması və başqa preparatların qəbul edilməsi yol verilməzdir!

Ümumiyyətlə, vərəm əleyhinə müalicə zamanı kontrasepsiya üsullarından istifadə etməkiə hamiləlikdən qorunmaq məsləhət görülür. Lakin vərəm hamiləlik zamanı aşkar edilibsə, hamiləliyin dayandırılmasına ehtiyac yoxdur, çünki vərəm əleyhinə dərmanların çoxunun hamilə qadın və gələcək körpə üçün heç bir mənfi təsiri yoxdur. Ananın vərəmin müalicəsindən imtina etməsi və yaxud həkim təyinatına düzgün əməl etməməsi körpəyə mənfi təsir göstərə bilər. Ananın sağalması və hamiləliyin müvəffəqiyyətlə başa çatması üçün həkim tərəfindən vərəm əleyhinə təyin edilmiş dərmanların müntəzəm qəbul edilməsi vacibdir.

Back To Top